Yeni doğulan “təpəgöz” it görənləri QORXUTDU - VİDEO

  • By admin
  • 11 Fevral 2021 19:18

Filippinin Aklan əyalətinin Tangalan bələdiyyəsində tək gözlü it dünyaya gəlib.

Bu barədə “GMA News Online” portalı yazır.

İtin şəkilləri ilk öncə Emi de Martin adlı istifadəçi tərəfindən sosial şəbəkədə paylaşılıb, daha sonra hadisə haqqında videosüjet hazırlanıb.

Heyvanın burnu yoxdur, üzü deformasiyaya uğrayıb, bir gözü isə üzünün ortasındadır.

O, doğulandan bir müddət sonra ölüb.

Baytar həkimin sözlərinə görə, itin anası toksin qəbul etmiş ola bilər.

Sahibi tək gözlü heyvanın balasının cəsədini yadigar saxlamağı düşünür.

Qeyd edək ki, siklopiya (təkgözlülük) 16.000 heyvandan birində olur və əksər hallarda bu mutasiya ilə doğulanların ömrü qısa olur.

Gununsesi.info