Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan komandasında ciddi dəyişiklik etdi. Alparslan Türkeşin oğlu Tuğrul Türkeş vəzifəsindən uzaqlaşdırıldı.
Gununsesi.info “Haberturk”ə istinadən xəbər verir ki, Ərdoğanın yeni hökuməti formalaşdırması nəticəsində bir sıra nazirlər nazir vəzifəsi ilə vidlaşaraq baş nazir müavini postuna, baş nazirmüavini isə nazir postuna təyinat alıb.
Beləliklə Ədalət naziri Bekir Bozdağ, müdafiə naziri fikir İşık, səhiyyə naziri Receb Akdağ baş nazir müavini postuna təyinat alıb.
Baş nazir müavini Nuçan Kurtulmuş Mədənyyyət və turizm naziri təyin olunub.
Abdulhamit Gül Ədalət naziri, Nurettin Canikli müdafiə naziri, Ahmet Demircan isə səhiyyə naziri təyin edilib.
Yeni hökumətə köhnələrlə yanaşı yeniləri də daxil olub. Bunlar Baş nazirin müavini Hakan Çavuşoğlu, Abdulhamit Gül Ədalət naziri, Jülide Sarıeroğli Çalışma və sosial güvənlik naziri, Osman Aşkın Bak Gənclik və idman naziri, Ahmet Eşref Fakıbaba Qida, kənd təsərrüfatı və hevandarlıq naziri, Ahmet Demircan isə səhiyyə naziri təyin olunub.
Baş nazirin müavini Alparslan Türkeşin oğlu Tuğrul Türkeş, Baş nazir müavini Veysi Kaynak, Gənlik və idman naziri Akif Çağatay Kılıc, Qida, əkinçilik və heyvandarlıqnaziri Faruk Çelik, mədəniyyə və turizm naziri Nəbi Avçı, Şalışma və sisial təminat naziri Mühmüt Müezzinoğlu yeni hökumətdə yer almayıblar.
Onu da qeyd edək ki, iyulun 14-də prezident Ərdoğan Ankara ticarət odasında 15 iyul hadisələri ilə bağlı təşçil olunan toplantıda müxalifətin “Ədalət” yürüşü ilə bağlı mövqeyini açıqlayarkən həbsdə olan Mardin bələdiyyə sədrinin həbsdən azad olunduqdan sonra müxalifətin sıralarına qatılmasına görə ədalət naziri Bekir Bozdağı və səhiyyə nazirininin ünvanına müəyyən mesajlar ünvanladı. Və o zaman bu iki nazirin tutduqları vəzifədən gedəcəyi ilə bağlı fikirlər səslənməyə başladı.
Gununsesi.info