
İyulun 16-da Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov ilk iş günündə Daşkəsən şəhərinin mərkəzində Azərbaycan xalqının mərhum prezidenti Heydər Əliyevin abidəsini ziyarət edib, gül dəstələri düzüb.
Gununsesi.info xəbər verir ki, sonra rayon rəhbəri Daşkəsən Şəhidlər Xiyabanını ziyarət edərək şəhid məzarları üzərinə tər güllər qoyub.
Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov Şəhidlər Xiyabanında rayonun bir qrup şəhid ailələri ilə görüşüb, onların ehtiyac və qayğıları ilə maraqlanıb, aidiyyəti üzrə tapşırıqlarını verib.







