Yeni idarəetmə modeli üzərində işləyirik -Prezident

  • By admin
  • 10 Yanvar 2023 20:15

“Biz indi yeni idarəetmə modeli üzərində işləyirik. Əlbəttə, kadr potensialı çox önəmlidir. Amma eyni zamanda, azad edilmiş torpaqlarda daha çevik, daha operativ, bürokratiyaya, xoşagəlməz hallara qurşanmamış strukturlar yaradılıb”.

Gununsesi.info xəbər verir ki, bunu Prezident İlham Əliyev yerli telekanallara müsahibəsi zamanı deyib.

“Bu təcrübəni sonra tədricən ölkəmizin digər hissələrinə keçirəcəyik” – dövlət başçısı qeyd edib.

Gununsesi.info