Yeni il gecəsi İstanbulun gecə klubunda terror törətmiş şəxs həbs olunub - FOTO

  • By admin
  • 17 Yanvar 2017 10:20

14846027322422658906_1000x669 

Türkiyənin İstanbul şəhərində yanvarın 1-ə keçən gecə terror aktı törətməkdə şübhəli bilinən şəxs yaxalanıb.

Gununsesi.info Anadolu Agentliyinə istinadən xəbər verir ki,  “Abu Muhammad  Xorasani” kod adlı Abdulkadir Maşaripov  əməliyyat-axtarış tədbirləri nəticəsində Esenyurt rayonunda gizləndiyi bəlli olub.  Onunla birlikdə daha 3 nəfər həbs edilib.

Səhər saatlarında  terrorçunun yaxalanması ilə əlaqədar ölkə tv-ləri  rəsmi açıqlama yayıb.  Görüntülərdəki şəxsin Ortaköydə “Reina” gecə klubunda insanları qətlə yetirən qatilin olduğu açıqca görünür.

Qeyd edək ki, Yeni il gecəsi naməlum şəxsin İstanbulun Ortaköy rayonunda yerləşən “Reina” gecə klubuna etdiyi hücum nəticəsində 39 nəfər ölüb, 69 nəfər yaralanıb. İki gün sonra məlum olub ki, hadisəni törədən şəxs  ötən ilin noyabr ayında ailəsi ilə birlikdə Konyaya gəlib. Hücuma görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.

148460317683012051_1000x669

Gülnaz  Qənbərli

Gununsesi.info