ABŞ-da Yeni il hədiyyəsi mübahisəsi zamanı böyük bacısını güllələyən iki gənc həbs edilib.
Gununsesi.info xəbər verir ki, ABŞ-ın Florida ştatında qardaşlar arasında Yeni il hədiyyəsi davasında qan tökülüb.
Milad bayramı olduğu üçün mübahisə etməməyi xahiş etdiyi 14 yaşlı qardaşı tərəfindən vurulan 23 yaşlı Abrielle Baldvin ölüb. Bildirilib ki, digər 15 yaşlı qardaş isə böyük bacılarını güllələdikdən sonra kiçik qardaşını mədəsindən yaralayıb.
Polis rəsmiləri iki qardaşın kimin daha çox hədiyyə alması üstündə mübahisə etdikdən sonra saxlanıldığını bildiriblər.
Hadisə zamanı 11 aylıq körpəsini gəzdirən bacını xəstəxanada xilas etmək mümkün olmayıb.
Gununsesi.info