Yeni il şənlikləri 51 nəfərin həyatına son qoydu - ÇİNDƏ

  • By admin
  • 22 Fevral 2018 22:48

Çində Ay təqvimi ilə yeni ilin qarşılanması mərasimlərində baş vermiş yanğınlar zamanı ümumilikdə 51 nəfər həlak olub.

Gununsesi.info xəbər verir ki, ölüm halları fevralın 15-dən 22-dək qeydə alınıb.

Qeyd olunur ki, bu müddət ərzində ölkə ərazisində 12 mindən çox yanğın baş verib.

Məlumata görə, hadisələr nəticəsində iqtisadiyyata 9 milyon dollara yaxın ziyan dəyib.

Xatırladaq ki, Çində yeni il fevralın 15-dən 16-a keçən gecə qarşılanıb. Yeni il tətili fevralın 22-dək davam edib.

Gununsesi.info