Yeni ildə əfv olacaqmı? - "Hüquq müdafiəçiləri olaraq bizlər bunun arzusundayıq"

  • By admin
  • 10 Dekabr 2016 13:05

cingiz1

Qarşıdan bayramlar gəlir – 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il.

Bəs görəsən,  bu bayramlar ərəfəsində yenə  ölkə başçısı tərəfindən əfv olacaqmı, əfv fərmanı veriləcəkmi?

Məsələ ilə bağlı hüquq müdafiəçisi, deputat Çingiz Qənizadə Gununsesi.info-ya bildirib ki, bu bayramlarla bağlı əfv verilməsi prezidentin səlahiyyətində olan məsələdir:

“Necə illərdir ki, mütəmaddi olaraq 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə cənab prezident əfv fərmanı imzalayır. Biz də ümid edirik ki, cənab prezident ilin sonunda belə bir addım atacaq. Artıq sanki buna öyrəşmişik. Hüquq müdafiəçiləri olaraq bizlər bunun arzusundayıq”.

Ç. Qənizadə 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramları ilə bağlı Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvülərinin toplanıb-toplanmadığı barədə məlumatının da olmadığı deyib:

“Amma Komissiya toplanmasa da, onun işçi qrupu daim fəaliyyət göstərir. Sənədlər üzərində iş aparırlar, müraciətlərə baxılır. Hətta, ayın 15-dən sonra da Komissiya toplaşıb bir-iki iclas keçirsə, o sənədlər üzərində işləyib, fikir bildirilə bilər. Biz ümid edirik ki,  əfv fərmanı olacaq”.

Anar
Gununsesi.info