Yeni ildə Ukraynaya daha 500 milyonluq yardım paketi

Ukraynanın xarici işlər naziri Dmitro Kuleba Avropa İttifaqı (Aİ) Şurası tərəfindən Ukraynaya 500 milyon avro ayrıldığını açıqlayıb.

Gununsesi.info xəbər verir ki, bu barədə o, tvitter səhifəsində yazıb.

HTML tutorial

“Bu gün Aİ Şurası Avropa Sülh Fondu (APF) vasitəsilə 500 milyon avroluq yeddinci paketi və Aİ-nin hərbi yardım missiyasına əlavə 45 milyon avro ayırıb. Mən təhlükəsizlik sahəsində həyati əhəmiyyətli yardıma görə Avropa İttifaqına minnətdaram. Bu, bizi işğalçı Rusiyanın məğlubiyyətinə daha da yaxınlaşdırır”, – paylaşımda deyilir.

Gununsesi.info