Yeni ili keçirmək üçün ən çox arzuolunan şəhərlər- BAKI SİYAHİYA LİDERLİK EDİR

Yeni ili keçirmək üçün ən çox arzuolunan şəhərlər

Kazanlılar arasında bu il yeni il tətilini keçirmək üçün ən populyar istiqamətlər Bakı və Parisdir.

Gununsesi.info xəbər verir ki, “OneTwoTrip” səyahət xidməti dekabrın 27-dən yanvarın 11-ə qədər satılmış biletlərin analizinə əsasən belə qənaətə gəlib.

Kazanlı turistlər üçün Azərbaycan paytaxtına yeni il səyahəti “OneTwoTrip”ə görə, 12 min 900 rubla, Parisə isə 16 min 300 rubla başa gəlir.

Üçüncü şəhər olaraq kazanlıların seçdiyi Cenevrəyə isə səfərin qiyməti təxminən 15 min 400 rubldur.

Kazanlıların yeni ili keçirmək istədiyi şəhərlərin ilk beşliyini Praqa (20 min rubl) və Milan (13,8 min rubl) tamamlayır.

Gununsesi.info

COMMENTS