“Yeni işsizlik ordusu yaranıb, amma heç kimin xəbəri yoxdur” - ƏLİ MƏSİMLİ YENİDƏN VƏTƏNDAŞLARA 190 MANAT VERİLMƏSİNİ TƏKLİF ETDİ

  • By admin
  • 05 Avqust 2020 14:30
“Koronavirus pandemiyası ilə bağlı yeni iqtisadi paket hazırlanmalıdır”.
Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisin iclasında deputat Əli Məsimli bildirib.
O qeyd edib ki, yeni iqtisadi paketdə ötən beş ay müddətində görülən tədbirlər analiz edilməli, müsbət tərəflər əsas götürülməlidir.
“Bu gün sahibkarlar öz işçilərinə pul verə bilmir. Yeni işsizlik ordusu yaranıb, amma heç kimin xəbəri yoxdur. Yeni iqtisadi paketdə bu şəxslərin dəqiq uçotu aparılmalıdır”, – deyə Ə.Məsimli əlavə edib.
O bildirib ki, koronavirus pandemiyası ilə əlaqədar vətəndaşlara iyul və avqust ayları üçün də 190 manat birdəfəlik ödəmə verilməlidir.
Gununsesi.info