
Fransa Yeni Kaledoniyada hərbi vəziyyət elan edib.
Gununsesi.info xəbər verir ki, Yeni Kaledoniyada baş verən kütləvi aksiyalardan sonra Fransa Ali Şurası toplaşaraq adada hərbi vəziyyət elan edib.
Bildirilir ki, adaya çox sayda hərbçi, polis, jandarma qüvvələri və xüsusi xidmət orqanlarının əməkdaşları göndərilib.
Yüzlərlə etirazçı həbs edilib, bütün nümayiş və aksiyalar, eləcə də, sosial şəbəkələr qadağan edilərək bağlanılıb.
Qeyd edək ki, jurnalistlərin adaya girişi məhdudlaşdırılıb.
Şəbnəm
Gununsesi.info