“Yeni Klinika”da iki növ vaksin vurulur

  • By admin
  • 29 İyul 2021 11:58

“COVID-19” əleyhinə vaksinlərə əlçatanlığı təmin etmək məqsədilə  Yeni Klinika Tibb müəssisəsində peyvəndləmə prosesi davam edir.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Gununsesi.info-ya verilən məlumata görə, tibb müəssisəsində “CoronaVac” və “Biontech/Pfizer” peyvəndləri vurulur. Vaksinlərin tətbiqi canlı növbə əsasında həyata keçirilir.

Peyvənd məntəqəsi həftə içi 5 gün, səhər saat 9:00-dan axşam 16:00-a kimi fəaliyyət göstərir .

Ünvan : Yeni klinika (Heydər Əliyev pr.142, Bakı)