“Yeni Klinika”da vaksinasiya məntəqəsi fəaliyyətə başlayacaq

  • By admin
  • 14 İyul 2021 19:13

Əhali arasında “COVID 19” əleyhinə vaksinlərə tələbatın artması nəzərə alınaraq vaksinasiya məntəqələrinin sayı artırılıb. Xidmətin əlçatanlığını təmin etmək məqsədilə 15 iyul 2021-ci il tarixindən Yeni Klinika Tibb müəssisəsində “CoronaVac” və “Biontech/Pfizer” peyvəndlərinin vurulmasına başlanacaq.

Peyvənd məntəqəsi həftə içi 5 gün, səhər saat 9:00-dan axşam 16:00-a kimi fəaliyyət göstərəcək.

Vaksinlərin tətbiqi canlı növbə əsasında həyata keçiriləcək.

Ünvan : Yeni klinika (Heydər Əliyev pr.142, Bakı)

Gununsesi.info