“Yeni Klinika”nın sabiq direktoru bəraət tələb edir- İTTİHAMLARIN MƏNİMLƏ ƏLAQƏSİ YOXDUR!

Gununsesi.info-nun verdiyi xəbərə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə “Yeni Klinika”nın sabiq direktoru Pərviz Abbasov son söz deyib.O özünü təqsirli bilmədiyini deyib:

“İttihamla razı deyiləm. Məhkəmədən ədalət istəyirəm. Hörmətli məhkəmə, ortada ağır bir ittiham var. İndi deyəcəyim sözlərin nə dərəcədə əhəmiyyətli olacağını bilmirəm. Amma özümü qətiyyən təqsirli hesab etmirəm. İttihamların mənimlə əlaqəsi belə yoxdur. İttiham üçün sübutlar lazımdır. Burada nişanlanmış pullar, telefon danışıqları və digər sübutlar ortaya qoyulmalı idi.

HTML tutorial

Mənə verilən ittihamlarda bu sübutların heç biri yoxdur. Həbsdə olduğum müddətdə mənim maddələrimlə saxlanılan digər işlərlə tanış olmuşam, mənim cinayət işimdəki hala heç bir yerdə rast gəlmədim. İlk gündən ittiham necə başlayıbsa, son günə qədər də elə davam etdi. Bizim burada danışdıqlarımız heç nəyi dəyişmədi.

Onu da deyim ki, mənim iş otağımda olan çəkiliş də yanlışdır. Orada məqsəd ictimaiyyəti çaşdırmaq olub ki, hamı düşünsün ki, bu yolun adamıdır. Burada mənimlə tutulan şəxslərin heç birinin çalışdığım müəssisə ilə əlaqəsi yoxdur. Bu günə qədər “Yeni Klinika”dan heç kim bura gəlməyib. Prokuror mənə 10 il iş istəyir, bu necə ola bilər? Uca məhkəmədən, uca bəraət istəyirəm”.

Gununsesi.info