Yeni marşurut xətti fəaliyyətə başlayır – FOTO

  • By admin
  • 04 Oktyabr 2021 18:51

Pirəkəşkül, Yeni qəsəbə, Müşfiqabad və 28 May qəsəbələrində sərnişindaşıma xidmətlərinin daha da təkmilləşdirilməsi məqsədilə 115 nömrə adı altında yeni qəsəbələrarası müntəzəm marşrut xətti təşkil edilib.

Bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

Bildirilib ki, 05.10.2021-ci il tarixdən fəaliyyətə başlayacaq marşrut xətti üzrə avtobuslar başlanğıc məntəqəsi Bakı-Şamaxı şosesi (Sulutəpə qəsəbəsi, körpü), son dayanacaq məntəqəsi Bakı-Şamaxı şosesi (Pirəkəşkül qəsəbəsi) olmaqla hərəkət edəcək.