Yeni mer məmurların istefasını tələb edir

  • By admin
  • 08 Noyabr 2017 19:15

Ankaranın yeni meri Mustafa Tuna meriyanın bundan əvvəlki mer Melih Gökçeklə işləyən bütün məmurlarının istefasını tələb edir.

Gununsesi.info xəbər verir ki, ötən gün sabiq merin bütün köməkçiləri istefa verib. 1994-cü ildən bu vəzifədə çalışan M.Gökçekin köməkçilərinin hansı səbəbdən postlarını tərk etdiyi bildirilmir.

Xatırladaq ki, noyabrın 6-da hakim Ədalət və İnkişaf Partiyasından olan deputat Mustafa Tuna Ankaranın meri seçilib. Buna qədər o, 2009-2014-cü illərdə paytaxtın Sincan bələdiyyəsinə rəhbərlik edib.

Gununsesi.info