Yeni neft erasında Rusiya və Azərbaycanın yeri necə görünür? - TƏHLİL

  • By admin
  • 10 Noyabr 2017 16:08

OPEC ölkələri dünyada neftin qiymətinin ucuzlaşmasının qarşısını almaq üçün hasilatın azaldıması barədə razılaşma əldə etsələr də, ABŞ-da proseslər başqa yöndə inkişaf edir. Qeyd edək ki, OPEC və onun qərarına qoşulan dövlətlər gələn ilin mart ayına qədər neftin hasilatının azaldılmasına dair razılıq əldə edib. Azərbaycan da bu razılaşmada iştirak edərək, sutkalıq hasılatı 100 min bareldən çox azaltmaq qərarına gəlib. OPEC-in bu qərarı “qara qızıl” bazarına öz təsirini göstərməyə başlayıb. Son bir ildə neftin 1 bareli 40 dollar civarından 60 dollar civarına qədər yüksəlməyi bacardı.

Bu ərəfədə neft ucuzlaşarkən, ABŞ-da şist neft hasilatçıları istehsalatı dondurmalı olmuşdurlar. Çünki maya dəyəri 35 dolların üzərində olan şist neftin 40-50 dollardan satılması enerji şirkətlərini zərərə uğratmışdır. İndi dünya birjalarında neftin ucuzlaşması şist nefti hasilatçılarını həvəsləndirib. ABŞ-da sutkalıq neft hasilatı 9,62 milyon barrelə çataraq tarixi rekordu təzələyib. Sonuncu rekord göstərici 1970-ci ildə (9,6 milyon bareel/sutka) qeydə alınıb. Bundan başqa gözləntilərin əksinə olaraq ABŞ-ın kommersiya ehtiyatları da artıb.

Vesti.ru yazır ki, ABŞ-da gedən bu proseslər OPEC və Rusiyanın vəziyyətini çətinləşdirəcək.  Bəzi müstəqil ekspertlər neftin qiymətinin 75 dollara qədər bahalaşa biləcəyini proqnoz edirlər. Rusiya OPEC-in qərarı ilə razılaşmış dövlətlərin qiymətlərin artımından istifadə edib hasilatı artıra biləcəyindən narahatdır. Belə hadisələr daha əvvəllər də baş verib. Kvotanın saxlanmasına dair razılıq əldə olmasına baxmayaraq, “qara qızıl” 100 dollara qalxanda kvotaya heç bir dövlət əldə etmədi. İndi xüsusilə, ucuz neft dövründə böhrana düşən dövlətlər daha çox gəlir əldə etməyə çalışacaqlar. Bu baxımdan eyni vəziyyətin təkrarlana biləcəyi istisna olunmur.

OPEC 2017-ci il hesabatından bildirir ki, ABŞ 2022-ci ilədək hasilatı sutkada 11.1 milyon barelə qədər qaldıracaq. Qurumun ekspertləri hesab edir ki, ən pik hədd 2026-2027-ci illərdə müşahidə olunacaq. Ondan sonra aşağı düşəcək və 2040-ci ilə 9.9 barelə çatacaq. Hesabatda, sanksiyalarla əlaqədar olaraq, Rusiyada neft hasilatının ciddi azalacağını proqnozlaşdırır. Bunan səbəb yeni texnologiyalarla təminatda Rusiyanın geri qala biləcəyidir. Çünki sanksiyalara görə, Rusiyaya Artikada şist neftin istehsalı üçün lazım olan texnoloji avadanlığın satılmasına qadağa qoyulub.

Təbii ki, bütün bu proseslər Azərbaycana da təsirsiz ötüşməyəcək. Bir tərəfdən təbii olaraq azalan hasilatı, digər tərəfdən qeyri-neft sektorunun zəif inkişafı Azərbaycanı çətin iqtisadi böhrana sala bilər.  Doğrudur, 2020-ci ildən sonra minimum həddə düşəcək neft hasilatını qaz əvəzləyəcək. Lakin  Davos İqtisadi Forumunun yeni hesabatında alternativ enerji mənbələrinə dair nikbin açıqlamaları resurs dövlətlərini xəyal qırıqlığına uğradır. Hesabatda deyilir ki, dünyanın 30 ölkəsində alternativ enerjinin maya dəyəri karbohidrogen mənşəli enerjidən ucuz başa gəlir. Son 10 ildə külək enerisinin maya dəyəri 60% aşağı düşüb. Nəzərə almaq lazımdır ki, hazırda dünyada satılan qazın böyük bir hissəsi elektrik enerjisinin alınmasına yönəlir. Əgər qazı digər alternativ mənbələr əvəz edə bilcəksə, Azərbaycan kimi qaza ümid bağlayan dövlətlərin durumu çox çətin olacaq.  DAVOS hesabatında deyilir ki, yaxın 4 il ərzində küləkdən alınan enerjinin həcmi 650 GBt-dan 850 GBt-a yüksələsək. Artıq 2030-cu ildə bu rəqəm 2000 GBt-a yüksələsək. Bu isə dünyanın enerjiyə olan təlabatını 20 faiz ödəyəcək.  Nəzərə alsaq ki, alternativ enerjini istifadə edən dövlətlərin arasında ABŞ, Almaniya, İsrail, Çin və Hindistan kimi iri dövlətlər liderdir, o zaman neft ölkələrinin vəziyyəti lap çətinə düşəcək. Çünki adları çəkilən dövlətlər dünyada ən böyük neft və qaz istehlakçılarıdır. Məhz bu dövlətlərin iqtisadiyatı neftin qiymətlərinə təpki göstərir. Onların bazarı tədricən məhdudlaşdırması, “qara qızıl” və qazın qiymətini kəskin ucuzlaşdıra bilər. Azərbaycan, Rusiya və başqa bu kimi neft ölkələrin iqtisadiyyati isə nanotexnologiyanın inkişafında rəqabətə girə bilmirlər.

Vüsalə Rüstəmova

Gununsesi.info