Yeni Ombudsman nə vaxt seçiləcək?

  • By admin
  • 04 Yanvar 2018 16:04
Azərbaycanın insan hüquqları üzrə müvəkkilinin (Ombudsman) seçilməsi məsələsi Milli Məclisin yaz sessiyasında da müzakirəyə çıxarılmayacaq.
Gununsesi.info-nun apa-ya istinadən məlumatına görə, Ombudsman postuna yeni namizədlərlə bağlı qərar layihəsinin Milli Məclisin 2018-ci il yaz sessiyasında müzakirəyə çıxarılması nəzərdə tutulmur.
Qeyd edək ki, yeni Ombudsmanın seçilməsi ilə bağlı qərar layihəsinin 2017-ci ilin payız sessiyasında da müzakirəyə çıxarılması gözlənilirdi. Lakin layihə müzakirəyə çıxarılmadı.
Hazırda insan hüquqları üzrə müvəkkil (Ombudsman) Elmira Süleymanovadır. Onun səlahiyyət müddəti 2017-ci ilin mart ayının 5-də başa çatıb. Yeni Ombudsmanın seçilməsi ilə bağlı məsələ təxirə düşdüyündən Elmira Süleymanova fəaliyyətini davam etdirir.
O, iki dəfə – 2002 və 2010-cu illərdə Ombudsman seçilib.
Gununsesi.info