Bu gun Ermənistanda hakimiyyət yox, idarəetmə forması dəyişir.
Gununsesi.info xəbər verirki, bunu Ermənistanın sabiq prezidenti Serj Sərkisyan “izvestiya”ya açıqlamasında deyib.
Yeni prezidenti xarakterizə edən S.Sərkisyanın sözlərinə görə, o, gənclik illərində perspektivli fizik olub.
“1990-cıillərin əvvəllərində Böyük Britaniyada səfir olub. Daha sonra Ermənistanın baş naziri olub və 2013-cü ildə yenidən Britaniyaya səfir kimi dönüb. Ermənistanın yeni prezidentinin kim olması ətrafında fikirləşərkən, ən optimal namizəd kimi onu gördük. Çünki Armen Sərkisyanın Rusiyada, Qərbdə və ərəb dünyasında xeyli tanışları var. O baxımdan o bizi beynəlxalq aləmdə yaxşı təmsil edə bilər”,- deyə S. Sərkisyan vurğulayıb.
Sabiq prezident onu da bildirib ki, burada yeni prezidentin ölkənin xarici siyasətini müyyənləşdirməsindən deyil, xarici əlaqələrindən gedir: “Xarici siyasətlə, xarici əlaqələr fərli şeylərdir. Bununla belə o, diasporada böyük nüfuzu olan adamdır. Bu baxımdan xaricdə yaşayan soydaşlarımızla konsolodisiya rolunu oynaya bilər. O, repatriasiya prosesinə müsbət təsir edə bilər”.
S.Sərkisyan deyib ki, bu gün Ermənistanda hakimiyyət dəyişikliyi yox, idarəetmə formasının dəyişməsindən söhbət gedir: “2022-ciilədək ölkənin xarici vədaxili siyasətini parlament koalisiyası müəyyən edəəck. Onu başqa kimsənin dəyişməyə gücü çatmaz. Hətta yeni prezident Armen Sərkisyan belə bu kursu dəyişə bilməz. Çünki o Rusiyanı yaxşı tanıyır və çox gözəl rusca da bilir, Rus mədəniyyətini yüksək dəyərləndirən şəxslərdən biridir. Bu siyasəti dəyişməyə imkan olsa belə, bu nəyə lazımdır?”
Gununsesi.info