Yeni qanun layihəsi gəlir: Müdirlər iş saatları xaricində işçiləri ilə əlaqə saxlaya bilməyəcəklər

  • By admin
  • 08 Fevral 2024 12:14

İş yerlərindəişçilərin hüquqlarını qorumaq üçün yeni tendensiya başlayıb.

Gununsesi.info xəbər verir ki, Avstraliya işçi hüquqlarını qorumaq üçün böyük bir addım atıb. Ölkədə gündəmə gələn yeni qanun layihəsi ilə işəgötürənlərin iş saatları xaricində işçiləri ilə “yersiz” səbəblərlə əlaqə saxlamasının qarşısının alınması planlaşdırılır.

Müdirləri iş saatları xaricində onlarla əlaqə saxlamağa davam edərsə, işçilər tezliklə cinayət cəzası tələb edə biləcəklər.

Avstraliyada işçiləri qorumaq üçün hazırlanmış yeni qanunlara əsasən, işçilərə iş bitdikdən sonra mesajlara və ya telefon zənglərinə məhəl qoymamaq icazəsi veriləcək.

Avstraliyanın baş naziri Antoni Albanes bildirib ki, “Bir işçi günün günün 24 saatı əlçatan deyilsə, cəzalandırılmamalıdır”.

Əmək naziri Tony Burke bunun işçilərin iş saatlarından sonra əlaqəni kəsməyə görə cəzalandırılmasına “mütləq qadağa” demək olacağını söyləyib.

Qeyd edək ki, Fransa 2017-ci ildə rabitəni kəsmək hüququ verib, İtaliya, İrlandiya və İspaniya da oxşar qanunun variantlarını qəbul ediblər.

İngiltərədə Leyboristlər Partiyası növbəti seçkilərdə iqtidarı qazanacağı təqdirdə, Böyük Britaniyada da oxşar plan hazırladığını açıqlayıb.

Gununsesi.info