“Elektroenergetika haqqında” yeni qanunun qəbulu qiymətlərin artması anlamına gəlməməlidir.
Gununsesi.info xəbər verir ki, bu fikirləri energetika naziri Pərviz Şahbazov Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında deyib.
Nazir qeyd edib ki, yaxın perspektivdə qiymətlərin sərbəstləşdirilməsi, ümumiyyətlə, nəzərdə tutulmur və qiymətlər tənzimlənəcək:
“Bazar modeli tam fəaliyyətə başladıqdan sonra isə ötürmə və paylama fəaliyyəti dövlət inhisarında qaldığı üçün o da tənzimlənəcək. Rəqabət mühiti və bazarda ucuz qiymət təklif edən istehsalçıların mövqeyi olması isə topdansatış qiymətlərinin, nəticədə pərakəndə satış qiymətlərinin artmasına imkan verməyəcək”.
Şəbnəm
Gununsesi.info