Yeni siyasi mühitdə yeri olmayanların şantaj cəhdi… - HACIYEVƏ TƏHQİRLƏRƏ SÖZARDI

  • By admin
  • 02 Dekabr 2022 22:29

BağlanmışLiderkanalından məşhurlaşan, bu “məhşurluğa” görə vaxtıilə deputat mandatı da almiş Etibar Hüseynov Prezidentin köməkçici Hikmət Hacıyevdən Baş prokuror Kamran Əliyevə şəxsən şikayət edib.
Bu barədə özünün “Facebook”dakı səhifəsində yazıb. Yəqin, bu sət
irləri oxuyan oxucular da Etibarın statusunun altından şərh yazanlar kimi təəccüblənəcəklər.

Hikmət Hacıyevdən?

Ondan niyə?!

Əlbəttə, bu şikayətin bir çox nədənləri var, hamısı da keçmiş deputatın iddiaları ilə bağlıdır.

Bunu yazmaq üçün keçmiş “Lider”çinin səhifəsinə gözucu baxmaq kifayətdir. O Hikmət Hacıyev haqqında çox tez-tez yazır, hətta onun haqqında şərəf-layəqətə toxunan təhqiramiz ifadələrə də yer verir.

Yəqin ki, bu barədə Prezidentin köməkçisi məlumatlıdır, amma reaksiya verməyə lüzum görməyib.

O məmurdur, işi – gücü başından aşır, bir də ki, Etibar Hüseynov yazıb, fikir verməmək də olar…

Amma mətbuat üçün bu məsələdə maraqlı məqamlar yox deyil. Onlara diqqət yetirməkdə fayda var.

Əlbəttə, bütün məmurlar tənqid oluna bilər, onların əksəriyyəti qüsurdan hali deyil.

 Amma bu tənqidi müxalifət nümayəndələri səsləndirsəydilər, bəlkə də haradasa adi görünə bilərdi.
Keçmiş deputat, özünü hakimiyyətin fədaisi kimi təqdim edən E.Hüseynov Prezidentin köməkçisini hakimiyyətin imicinə zərbə vurmaqda (?), korrupsiyada (?) ittiham edir,
özü də dəlilsiz-sübutsuz. Yəni açıq-aşkar “qara piar” aparır.

Mübağiləsiz yazmaq olar ki, Hacıyev hakimiyyətdə təmiz imici olan yüksək çinli məmurlardan biridir. Təyinatından bu günə qədər onun ünvanına hətta müxalifət düşərgəsindən belə ittihamlar səslənməyib.

Korrupsiya ittihamını isə ümumiyyətlə keçmiş “Liderçi”dən başqa dilinə gətirən olmayıb. Maraqlıdır, bu kampaniya reaksiyasız qalır, başqa məmurların şərəf-ləyaqətini göz bəbəyi kimi qoruyan hüquq-mühafizə orqanları da seyirçi mövqedədirlər.

Üstəlik, ölkənin Baş prokuroru Kamran Əliyev onu qəbul edib şikayətnaməsini şəxsən alır, dinləyir və qanadlandırır. Yəqin, sabah Etibarın səhifəsində Hikmət Hacıyev haqqında bu dəfə daha “zəngin” təhqirlərin şahidi olacağıq. Sözsüz, o bu sahədə peşəkardır, “Lider”də yığdığı söyüş, təhiqr baqajından bu dəfə iqtidarın ən nüfuzlu məmurlarının ünvanına yağıdracaq.

Bir neçə ildir Azərbaycanda reketçiliyin səviyyəsi azalıb. Mediada bir düzən yaradılır. Şantaj, təhqir, böhtanla dövlət məmurlarından imtiyaz qoparmaq çətindir.

Əlbəttə, belələri hələ də var, amma əvvəlki alış-veriş mümkün deyil. Hüquq mühafizə orqanlarının jurnalist, hüquq müdafiəçisi, “ictimai nəzarətçi” adından sui-istifadə edənləri dəstə-dəstə ifşa edib. Etibar Hüseynovun ard-arda düzülən təhqiramiz statuslarından isə belə köhnə qoxular gəlir.

Vaxtı ilə şantajçı reketlər qapıdan qovulanda, telefonda söyüləndə belə səslər çıxarardılar.
Amma Baş prokurorun onu qəbul etməsi bütün qapıların onun üzünə bağlanmadığını göstərir…

Amma sabiq “Lider”çi dərk etməlidir ki, Azərbaycan dəyişir.
Yeni siyasi mühitdə onun xidmətinə artıq zərurət yoxdur.

 

Gununsesi.info