
Şuşaya qayıtmış Elşən Əliyev pedaqoji fəaliyyətini burada davam etdirəcək. Şəhərin yeni simasını da bəyənir, yeni yaşayış məhəlləsindəki mənzilini də…
Üstəlik, təzə qonşular köhnə Şuşanın ab-havasını bərpa etməyə çalışırlar.
Elşən müəllimin qayıdış sevincini bölüşdüyü videoçarxı təqdim edirik.
Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası çərçivəsində, müvəqqəti məskunlaşma yerlərindən daimi yaşayış üçün öz ata-baba yurduna geri dönən keçmiş məcburi köçkünlərin təəssüratlarını əks etdirən videoçarxların çəkilişini davam etdirir.