Yeni təhsil naziri gələcək planlarından danışdı

  • By admin
  • 25 Aprel 2018 11:44

“Azərbaycanda təhsillə elm arasında əlaqələr genişlənib”.

Gununsesi.info-nun xəbərinə görə, bunu Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) AMEA prezidenti, akademik Akif Əlizadəyə universitetin fəxri professoru diplomunun təqdimatı zamanı təhsil naziri Ceyhun Bayramov deyib.

O bildirib ki, son dövrlər ADNSU-nun nüfuzu artıb.

Universitetdə xarici dildə tədris aparılan ixtisasların 4-dən 19-a yüksəldiyini xatırladan nazirin sözlərinə görə, ADNSU-nun balansında olan ərazidə tələbələr üçün yataqxana kompleksinin tikintisi davam edir:

“Növbəti tədris ilində yataqxanın istifadəyə verilməsi planlaşdırılır. Qeyd edim ki, universitetin ikinci korpusu də təmir ediləcək”.

Gununsesi.info