“Yeni təhsil naziri müasir və tənqidi düşüncə sahibidir”- ŞAHLAR ƏSGƏROV

Milli Məclisin Elm,Təhsil Məsələləri Komitəsinin sabiq sədri professor Şahlar Əsgərov yeni təhsil naziri haqqında fikirlərini açıqlayıb.

Emin Əmrullayevin Təhsil naziri təyin edilməsi gözlənilən idi. Uzun illər nazirlikdə məsul vəzifələrdə işləyib. Müxtəlif problemlər ilə bağlı nazirliyinin təqdimatlarını son illərdə o edirdi. Təhsil problemləri inistutuna rəhbərlik edib. Təhsil problemləri ilə yaxından tanışdı. Xaricdə (ABŞ) təhsil alıb. Müasir və tənqidi düşüncə sahibidir. Problemlərin üzərinə gedə bilir. Gəncdir. İnanıram ki, Emin Əmrullayev Təhsil naziri vəzifəsini uğurla idarə edəcəkdir. Bu işdə ona uğurlar arzulayıram.

Gununsesi.info