Yeni tələbə yataqxanaları tikilsin - Ombudsman

Yeni tələbə yataqxanalarının inşası təklif edilir.

 

Gununsesi.info məlumatına görə, bu barədə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2023-cü il üzrə məruzəsində əksini tapıb.

 

Məruzədə dövlət ali və orta ixtisas təhsili müəssisələrində dövlət sifarişli yerlərin sayının artırılması, ehtiyaca uyğun olaraq, yeni tələbə yataqxanalarının inşa edilməsi istiqamətində aparılan işlərin davam etdirilməsi təklifi əksini tapıb.

 

Həmçinin Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilmiş, habelə “Dövlət qulluğu haqqında” və “Təhsil haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyən olunmuş təhsil almaq hüququnun və yaradıcılıq azadlığının, həmçinin elmi və yaradıcılıq fəaliyyətinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin dövlət qulluğu və dövlət qulluğunun xüsusi növlərində çalışan şəxslərə elmi dərəcələr verilməsinin məqsədəuyğun hesab edilməməsi barədə 2000-ci il 19 may tarixli qərarının ləğv edilməsi təklif edilir.

 

 

 

Gununsesi.info