Yeni tələbləri qulaqardına vuran bu gömrükçü işdə saxlanılacaqmı?

  • By admin
  • 08 Sentyabr 2022 22:46

Səfər Mehdiyevin yola salınmasından sonra uzun illərdir ki, gömrük orqanlarında şəbəkələşmiş korrrupsioner dəstənin ifşası davam edir.

Demək olar ki, hər gün  komitənin sədr əvəzi Şahin Bağırovun orrupsioner  və faəliyyətində digər neqativ əməlləri olan şəxsləri işdən azad etməsinin şahidi oluruq. 

HTML tutorial

Onu da qeyd edək ki, DGK-nə hazırda rəhbərlik edən Şahin Bağırovun bütün gömrükçülər arasında qoyduğu əsas tələblərdən biri də sahibkarla canlı ünsiyyətin qadağan olunması barədədir.

Ancaq yeni rəhbərin bu tələbini qulaqardına vuranlar da var.

Gununsesi.info-ya daxil olan xəbərdə belə şəxslərdən birinin kimliyindən bəhs edilir.

Bu, Qərb Ərazi Baş Gömrük İdarəsi rəisinin birinci müavini Arif Mehdiyevdir. Arif Mehdiyevlə bağlı redaksiyamızın elektron poçtuna göndərilən bir xəbərdə onun sahibkarları ən çox incidən şəxs olduğu iddia edilir: “Komitənin yeni rəhbəri sahibkarla ünsiyyəti qadağan edib. Amma bu qadağa Arif Mehdiyevə aid deyil. Yenə də əvvəlki qaydada sahibkarla görüşür, onların mallarının açılması prosesini əngəlləyir. Bunun üçün görüşə dəvət edir və mallarının təhvili üçün vaxt təyin edir. Bu proses Baş İdarədə çoxlarına bəllidir.  Onu da qeyd edək ki, Arif Mehdiyevin Yevlaxda çalışan zaman neqativ əməlləri barədə də çoxsaylı faktlar var. Hörmətli Şahin Bağırov bu faktları araşdırsa, onu bir gün də gömrük orqanlarında saxlamaz”

 

Gununsesi.info