Yeni TƏHLÜKƏ: Koronavirusa bənzəyən yeni virus aşkarlandı

  • By admin
  • 11 Fevral 2021 10:15

Tailandda koronavirusa çox bənzəyən, həttə onun “qohumu” olaraq təqdim olunan yeni və daha təhlükəli bir virus tapılıb.

Gununsesi.info xəbər verir ki, virusa “RacCS203” adı verilib.

Alimlər bildiriblər ki, o, COVID-19-a səbəb olan Sars-CoV-2 virusu ilə 90 faiz bənzərlik təşkil edir.

Sinqapur Universitetinin professor Lin-Fa-Vanqın rəhbərlik etdiyi alimlər qrupu bildirib ki, Sars-CoV-2-yə bənzəyən bir çox virusa Asiyanın fərqli bölgələrində rast gəlinir.

Sözügedən virusu at nalı yarasalarının törətdiyi qeyd edilir. Virusun sahəsi 4 min 800 kilometrə qədər genişlənib.

Gununsesi.info