Yeni virus XƏBƏRDARLIĞI

ABŞ-ın Ohayo ştatında çalışan elm adamları marallardan insanlara keçə bilən ən azı 3 fərqli virus variantını müəyyən ediblər.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Ohayo Dövlət Universitetində çalışan professor Endryu Bouman apardıqları araşdırmalarda maralların sağlamlıq üçün təhlükə yarada biləcəyini söyləyib. İddia olunub ki, bu canlılar SARS-CoV-2 daşıyıcısıdır.

HTML tutorial

6 fərqli bölgədə 360 canlını araşdıran mütəxəssislər 3 fərqli mutasiya aşkar edildiyini bildiriblər. “Nature” jurnalında dərc olunan və ABŞ Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə həyata keçirilən araşdırmada vəhşi marallarda antikorların tapıldığı da deyilib.

Mütəxəssislər tədqiqatın 2021-ci ilin yanvar-mart ayları arasında aparıldığını bildiriblər.

Endryu Bouman virusun marallarda mutasiya edə biləcəyini ifadə edərək mümkün risk barədə xəbərdarlıq edib.

Gununsesi.info