
Paytaxtda yağan qar şəhərdə ən çox Yasamal rayonu ərazisində problemlər yaradıb. Gununsesi.info-nun xəbərinə görə, rayonun Yeni Yasamal qəsəbəsindən şəhərə gəlmək çətinləşib. Buna səbəb isə Yeni Yasamalla Şərifzadə küçəsini birləşdirən eniş-yoxuşlu yolun buzlamasıdır. Ancaq sakinlərin Yasamal Rayon İcra Hakimiyyətinə etdiyi telefon zəngləri də cavabsız qalır. Həmin yolda artıq səhər saatlarında bir neçə avtomobil qəzası baş verib.
Görünür, Yasamalın icra hakimiyyətinin başçısı İbrahim Mehdiyev qış yuxusunda olduğundan sakinlərin üzləşdiyi durumdan xəbərsizdir. Əks təqdirdə həmin yollara duz və qum səpmək çətin məsələ deyil.
Gununsesi.info