Yeni Zelandiya NATO ilə əməkdaşlığını davam edəcək

“Yeni Zelandiya təhlükəsizliy baxımından NATO ölkələri ilə daha sıx əməkdaşlıq edəcək”.

 

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, bunu Yeni Zelandiya Xarici İşlər Nazirliyinin rəhbəri Uinston Piters çıxışında deyib.

Onun sözlərinə görə, Yeni Zelandiya NATO və onun blokuna daxil olan ölkələrlə əməkdaşlığa meyillidir:

“NATO Yeni Zelandiyanın onilliklər ərzində tərəfdaşlıq etdiyi ən böyük və ən qədim hərbi təşkilatdır. İnsan hüquqları, qanunun aliliyi, azadlıq və demokratiya kimi ümumi dəyərlərimiz getdikcə hücuma məruz qalır. Bunun üçün ənənəvi tərəfdaşlarla uzunmüddətli əməkdaşlıqlar gücləndirilməlidir. Biz NATO ilə birgə işləməyə sadiq qalaraq yeni əməkdaşlıq proqramı üzərində işləyirik” – deyə  bildirib.

O, həmçinin bildirib ki, Yeni Zelandiya hökuməti  NATO ilə birgə “fərdi əməkdaşlıq proqramının” hazırlanmasını yekunlaşdırır və yaxın gələcəkdə “tərəfdaşlığın genişləndiriləcəyi konkret sahələr” barədə razılığa gələcəklər.

 

 

 

Şəbnəm

Gununsesi.info