Yeni Zelandiya sahillərində 6,3 bal gücündə zəlzələ baş verdi

  • By admin
  • 22 Noyabr 2016 08:49

zalzala

Yeni Zelandiyanın Şimal adaları sahillərində 6,3 bal gücündə zəlzələ baş verib.

Gununsesi.info-nun xəbərinə görə, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Yeraltı təkanlar Palmerston-Nort şəhərindən 138 kilometr aralıda qeydə alınıb. Zəlzələnin ocağı 37 kilometr dərinlikdə yerləşib.

Xəbər verdiyimiz kimi, noyabrın 13-də Yeni Zelandiya sahillərində baş vermiş 7,9 bal gücündə zəlzələ sunami dalğalarının yaranmasına səbəb olmuşdu. Həmin vaxt daha iki güclü zəlzələ qeydə alınmışdı. Kütləvi informasiya vasitələrinin yaydığı məlumata görə, həmin zəlzələlər nəticəsində iki nəfər həlak olmuşdu.

Gununsesi.info