Yeni Zelandiyada güclü zəlzələ oldu

  • By admin
  • 09 Sentyabr 2023 13:57

Yeni Zelandiyada güclü zəlzələ olub.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Amerikanın Geoloji Araşdırmalar Mərkəzi bildirir.

Amerikanın Geoloji Araşdırmalar Mərkəzi zəlzələnin 6,6 bal gücündə olduğunu açıqlayıb.

Zəlzələnin episentri ölkənin şimalındakı Kermadec Adaları olub. Rəsmi açıqlamaya əsasən, zəlzələ 90 km. dərinliyində yaşanıb.

İlkin açıqlamalara görə, can itkisi və zərər yaşanmayıb. Zəlzələnin ardından sunaminin olacağı ilə bağlı xəbərdarlıq edilməyib.

 

Tərcümə: Arzu

Gununsesi.info