Yeni Zelandiyada hərbi-hava qüvvələrinin bazasını partlatmaqla hədələyən şəxs saxlanılıb

  • By admin
  • 05 İyun 2019 16:35

Yeni Zelandiya polisi Oklenddəki hərbi-hava qüvvələrinin bazasını partlatmaqla hədələyən şəxsi saxlayıb.

Gununsesi.org xəbər verir ki, bu barədə TVNZ telekanalı yerli polisə istinadla məlumat yayıb.

Bu ərəfədə “New Zealand Herald” qəzeti naməlum şəxsdən daxil olmuş hədə ilə əlaqədar Yeni Zelandiyanın Oklendin qərbində yerləşən hərbi-hava qüvvələrinin bazası istiqamətində silahlı polisin və fövqəladə xidmət orqanları əməkdaşlarının hərəkəti barədə xəbər verib. Bildirilir ki, körpüyə aparan yollar əhatəyə alınıb. “Həmin kişi hərbi-hava qüvvələrinin “Whenuapai” bazasındakı hadisə ilə əlaqədar saxlanılıb, hazırda o, polisə ifadə verir”, – deyə telekanal hüquq-mühafizə orqanlarının bəyanatını yayıb.

Polisin bildirdiyinə görə, yolların əhatəyə alınması növbəti göstərişə qədər davam edəcək.