Yeni Zelandiyanın Ağ Adasında (White Island) vulkan püskürməsi nəticəsində həlak olan daha altı nəfərin cəsədi tapılıb.
Gununsesi.org “Report”a istinadən xəbər verir ki, bu barədə Yeni Zelandiya polisi məlumat yayıb. Qeyd olunub ki, hazırda onların “Wellington” gözətçi gəmisinə daşınması əməliyyatı keçirilir.
Qeyd edək ki, vulkan püskürməsi 9 dekabr tarixində baş verib. Polisin bildirdiyinə görə, hadisə zamanı adada Yeni Zelandiya, Avstraliya, Böyük Britaniya, ABŞ, Çin və Malayziyadan gələn 47 turist olub. Ağ Adada vulkan püskürməsi nəticəsində 8 nəfər ölüb, 30 nəfər xəsarət alıb.
Əvvəlcə 8 nəfərin itkin düşdüyü bildirilirsə də, sonradan onlar ölmüş elan edilib və cəsədlərinin axtarışına başlanılıb.
Hal hazırda Yeni Zelandiyanın yanıq mərkəzlərində 17 nəfər müalicə alır. Onlardan 13-nün vəziyyəti ağırdır. 11 yaralı Avstraliyadakı tibb müəssisələrinə aparılıb. Üç nəfərə isə ilkin tibbi yardım göstərildikdən xəstəxanalardan evə buraxılıb.
Ağ Ada Yeni Zelandiyanın yeganə aktiv vulkanıdır. Vulkanda sonuncu aktivlik 2012-ci ilin sonu 2013-cü ilin əvvəlində qeydə alınıb. Ora dünyanın ən çox ziyarət edilən vulkan adalarından biridir.