Yeni Zelandiyanın Uayt-Aylend adasında vulkan püskürməsi nəticəsində ölənlərin sayı artıb.
Gununsesi.org-un “Associated-Press” agentliyinə istinadən verdiyi məlumata görə, Yeni Zelandiya hüquq-mühafizə orqanları vulkan püskürməsi nəticəsində ölənlərin sayının 18 nəfərə çatdığını açıqlayıb.
Qeyd edək ki, dekabrın 9-da Uayt-Aylend adasında vulkan püskürüb, bir neçə nəfər itkin düşüb, 31 nəfər xəsarət alıb. Xəsarət alan 31 nəfərdən 27-nin bədəninin 30 faizindən çoxu yanıb, vəziyyətləri ağırdır.
Gununsesi.org