Yeni Zelandiyanın paytaxtında hostel yandı: -Çox sayda ölən var - FOTO

Yeni Zelandiyanın paytaxtı Vellinqtonda hosteldə yanğın baş verib.

Gununsesi.info xəbər verir ki, hadisə zamanı altı nəfər həlak olub, azı 11 nəfər itkin düşüb.

92 otaqlı hosteldə yanğının gecəyarısına yaxın başladığı bildirilir. Binanın bir hissəsi dağılıb, ona görə də polis və yanğınsöndürənlərin hələlik ona tam girişi yoxdur.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları altı nəfərin meyitini tapıblar, daha 11 nəfər itkin düşmüş hesab olunur.
Ölənlərin sayının artacağı istisna edilmir.

 

Gununsesi.info