Yeni Zellandiya sunaminin altında qala bilər

  • By admin
  • 13 Noyabr 2016 19:55

sunami

 

Bu gün Yeni Zellandiya sahillərində baş verən zəlzələdən sonra 2 metr hündürlüyündə sunaminin yarandığı bildirilib.

Gununsesi.info xəbər verir ki, bu barədə Yeni Zellandiyanın “Weather Watch” (Vezə Vatç) saytı məlumat yayıb.

Aidiyyatı qurumlar sahil ərazilərdə təhlükəli vəziyyətlə bağlı xəbərdarlıq edib.

Paytaxt Vellinqtondan xeyli əhalinin köçdüyü vurğulanıb.

Qeyd edək ki, Kraystçerç şəhərindən 91 kilometr aralıda 7.5 maqnitudalı zəlzələnin baş verdiyi açıqlanmışdı.

Lakin sonradan maqnitudanın 7.5 deyil, 7.9 olduğu öyrənilmişdi.

Gununsesi.info