Yenidən həyəcan başlayır

  • By admin
  • 06 İyul 2016 12:14

fut

 

 

Bu gün futbol üzrə Avropa çempionatında ilk yarımfinal matçı oynanılacaq. Gununsesi.info-nun məlumatına görə, finala vəsiqə qazanmaq üçün Portuqaliya ilə Uels milliləri üz-üzə gələcəklər.

“Əjdahalar”ın əsas heyətinin üzvlərindən ikisi – Aron Remsi və Ben Deyvis cəza səbəbindən meydana çıxa bilməyəcək. Buna baxmayaraq, turnirin sürpriz komandası olan Kris Koulmenin yetirmələri Belçikadan sonra Portuqaliyanı da mübarizədən kənarlaşdırmaqda israrlıdılar.

“Portuqaliya yığıması hələ heç bir oyunun əsas vaxtında qalib ola bilməyib”.

Hər iki heyətin ən güclü oyunçuları bu matçı son günlərin ən gözlənilən oyuna çevirib. Bütün futbol həvəskarlarının gözü Kriştianu Ronaldo – Qaret Beyl duelində olacaq. Madridin “Real” klubunda çıxış edən ulduz futbolçuların oyunundan çox şey asılıdır.

Yarımfinala qədər hələ heç bir qarşılaşmanı əsas vaxtda qalib tamamlaya bilməyən portuqaliyalılar da finala çıxmaq arzusundadırlar. Komandanın aparıcı müdafiəçisi Pepenin məşqdə zədələnməsi baş məşqçi Fernando Santosun planlarını pozub. Yarımmüdafiəçi Vilyam Karvalyo da cəzalı olduğu üçün heyətdə yer almayacaq.

İkinci yarımfinal oyununda Almaniya və Fransa komandaları qarşılaşacaqlar. İyulun 7-də keçiriləcək bu matç mütəxəssislər tərəfindən ilkin final kimi