Yenilənmiş “Kontakt Home-İnşaatçılar metrosu” mağazasının açılışına gəl - ƏYLƏNCƏ, HƏDİYYƏ, ENDİRİM

  • By admin
  • 06 Aprel 2023 10:10

Sevindirən ünvan dəyişmədi, sizə daha yaxşı xidmət göstərmək üçün  böyüdü və tamamilə yeniləndi. İndi də bu sevinci aprelin 7-si saat 17:00-da birlikdə qeyd etməyə dəvət edir.

 

Rəsmi açılışda uşaqdan-böyüyə hamını bol əyləncə, rəqslər, musiqi, sürprizli oyunlar, qiymətli hədiyyələr, animatorlar və pozitiv emosiyalar gözləyir.

 

30 000 ÇEŞİDDƏ MƏHSUL SEÇİMİ İNDİ DAHA YENİ VƏ BÖYÜK ÜNVANDA

 

Yenilənmiş “İnşaatçılar metrosu” mağazası artıq 2 deyil, 3 mərtəbədə xidmət göstərir. Bu isə o deməkdir ki, indi əvvəlkindən də bol çeşid və xidmət sahəsi müştəriləri gözləyir.

 

Mağazanın yeni, -1-ci mərtəbəsində bütünlükdə böyük məişət texnikası, iqlim mətbəx avadanlıqları nümayiş olunur. Yeni quraşdırılan “Bosch Zonası”nda özünüzü xəyallarınızdakı mətbəxdə hiss etmək, mətbəx masterklaslarında iştirak etmək imkanı yaradılıb.

 

Mağazanın 1-ci mərtəbəsində rəqəmsalsmartfon, televizor, notbuk, nəqliyyat vasitələrinin, həmçinin akustika avadanlıqları, kiçik məişət, o cümlədən qab-qacaqların ən müasir və zəngin çeşiddə növləri sərgilənib.

 

Yeni yaradılmış nəqliyyat güşəsinə yaxınlaşaraq isə istənilən velosiped, skutermoped modellərini sərfəli imkanlarla əldə etməyiniz mümkündür.

 

Mağazanın 2-ci mərtəbəsində isə mebellərin, həm də ev tekstilinin rəngarəng seçimləri nümayiş olunur. Burada həmçinin kassa/kredit zonası fəaliyyət göstərir. Şəbəkə kassa/kredit zonasında müştərilərə Pulsuz “Wi-Fi” xidməti də təklif edir. Növbənizi gözlədiyiniz müddətdə mağazanın internetindən istifadə edərək vaxtınızı səmərəli keçirə bilərsiniz.

 

Geniş çeşidli mağazanı gəzməkdən yorula bilərsiniz. Gümrahlığınızı bərpa etmək və əsl italyan qəhvəsindən dadmaq üçün yenilənmiş “Delonghi Zonası”na yaxınlaşmağı da unutmayın 😉

 

AÇILIŞA ÖZƏL 50%-DƏK ENDİRİM, 24 AYADƏK HISSƏLI ALIŞ ŞƏRTLƏRİ

 

Sərfəli imkanlardan söz açmışkən aprelin 10-dək “Kontakt Home-İnşaatçılar metrosu” mağazasından hər növ məhsulları nağd alışda 50%-dək endirimlə ala biləcəyinizi qeyd edə bilərik. Hissəli alış zamanı isə smartfonları ilkin ödənişsiz, 12 ay faizsiz; televizor, məişət əşyalarını, ev tekstilini 18, mebelləri isə 24 ay ilkin ödənişsiz, faizsiz, hətta komissiyasız şərtlərlə əldə edə bilərsiniz.

Gəlin açılış təkliflərindən bəzilərinə nəzər salaq:

Odur ki, açılış təkliflərini qaçırmamaq üçün ailənizlə birlikdə aprelin 7-si saat 17:00-da “Kontakt Home-İnşaatçılar metrosu” mağazasına gəlməyi unutmayın! Ünvan: Yasamal rayonu, Şərifzadə küç., ev 174, blok 4, İnşaatçılar metrostansiyasının yaxınlığı.

Qeyd edək ki, hazırda şəbəkənin Azərbaycan üzrə ümumilikdə 32 mağazası, Gürcüstanın paytaxtı Tbilisidə 2, kontakt.az və kontakt.ge onlayn mağazaları fəaliyyət göstərir. Sizə ən yaxın mağazanı buradan tapa bilərsiniz.