
Azərbaycan QHT-lərinin “Mədən sənayesində şəffaflığın artırılması” Koalisiya Şurası bəyanat qəbul edib.
Gununsesi.info xəbər verir ki, bəyanatı Azər Mehtiyev, Azər Rəsulov, Akif Qurbanov, Əliməmməd Nuriyev, Əlövsət Sadıqlı, İlham Hüseynli, Qubad İbadoğlu, Məmmədhəsən Həsənov, Oqtay Güləliyev, Ruhəngiz Hüseynova və Sabit Bağırov imzalayıblar.
Bəyanatda deyilir: “Biz, Azərbaycan QHT-lərinin “Mədən sənayesində şəffaflığın artırılması” Koalisiyasının 30 aprel 2016-cı il tarixində keçirilmiş Ümumi Yığıncağı tərəfindən seçilmiş yeni Şura üzvləri iki illik fəaliyyətimiz dövründə aşağıdakı prinsipləri rəhbər tutacağımızı bəyan edirik: Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünün (MSŞT) Azərbaycanda tətbiqi prosesində fəaliyyətimizi MSŞT (EİTİ) 2016-cı il standartının 5-ci bölməsi olan “Vətəndaş cəmiyyəti iştirakına dair Protokolu”na uyğun həyata keçirəcəyik. Protokoldan kənar hər hansı bir fəaliyyətlə Şura məşğul olmayacaq. Koalisiyanı həm hökumət, həm də müxalifət partiyalarının təsirlərindən qoruyacağıq və Koalisiyanın müstəqilliyini təmin edəcəyik”.
Gununsesi.info