Yeniyetmələr arasında kütləvi dava oldu: Xəsarət alan var

  • By admin
  • 15 İyul 2017 20:28

dava

Göygöldə kütləvi dava olub. 

Gununsesi.info-nun APA-ya istinadən verdiyi məlumata görə, hadisə rayonun Mollacəlili kəndində qeydə alınıb. Bir neçə yeniyetmə arasında baş verən dava zamanı kənd sakini 2003-cü il təvəllüdlü Ələkbərov Ayxan Firuz oğlu müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info