Britaniyada yeniyetmələr Facebook-un Londonda yerləşən baş ofisinə icazəsiz daxil olmağı bacarıblar.
Gununsesi.info Aznews.az-a istinadən xəbər verir ki, onlar mühafizəni aldadaraq, arxa girişdən binaya girə biliblər.
Onlar rahatlıqla binanı gəzib, əməkdaşların söhbətinə qulaq asıb, lövhələrdəki şəxsi yazıların şəklini çəkib, hətta icazəsiz bilyard da oynayıblar.
Şirkətin əməkdaşlarının bir çoxu yeniyetmələri görsə də, onlardan şübhələnməyiblər. Daha sonra, yeniyetmələr sakitcə binanı əsas girişdən tərk ediblər.
Baş verən hadisəni şirkət rəhbərliyi hələki, şərh etməyib.
https://www.youtube.com/watch?v=2IQz02vkHE4&feature=youtu.be
Gununsesi.info