Yeniyetmənin idarə etdiyi maşın ağaca çırpıldı: xəsarət alanlar var

  • By admin
  • 16 Noyabr 2016 18:45

qeza252

Qusar rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info-nun APA-nın şimal bürosuna istinadən verdiyi məlumata görə, hadisə Bakı-Quba Rusiya Federasiyası dövlət sərhədi yolunun Kuxuroba kəndinə yaxın ərazidə qeydə alınıb. Kuxuroba kənd sakini, 1999-cu il təvəllüdlü Kərimov Ayaz Azər oğlunun idarə etdiyi “Mercedes” markalı nəqliyyat vasitəsi yoldan çıxaraq ağaca çırpılıb. Qəza nəticəsində sürücü ilə bərabər maşında olan sərnişin, 1996-cı il təvəllüdlü Sədullayev Artur Rövşən oğlu xəsarət alıb. Hər iki şəxs Qusar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Gununsesi.info