Yeniyetmə qızı avtobus vurdu

  • By admin
  • 30 Yanvar 2022 10:59

Bakıda sərnişin avtobusu 14 yaşlı yeniyetməni vuraraq xəsarət yetirib.

Gununsesi.info-nun məlumatına görə, hadisə Səbail rayonunda qeydə alınıb. 125 saylı xətt üzrə hərəkətdə olan sərnişin avtobusu yolu keçən 2008-ci il təvəllüdlü Orucova Samiyyə Emin qızını vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona müştərək travma diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info