Yeniyetmə tanışını bıçaqladı

  • By admin
  • 13 İyul 2021 10:48

İyulun 12-də paytaxtın Binəqədi rayon sakini 1990-cı il təvəllüdlü Elnar Qədimovun qəsdən öldürülməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə rayon prokurorluğunda cinayət işi başlanıb.

Binəqədi rayon prokurorluğundan verilən məlumata görə, istintaqla zərərçəkmişin tanışı 2005-ci il təvəllüdlü Bəhruz Mehrəliyevin aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək Elnar Qədimovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyənləşib.

Bəhruz Mehrəliyev şübhəli şəxs qismində istintaqa cəlb edilib.

Rəsmi məlumata görə, hazırda iş üzrə istintaq davam edir.

Gununsesi.info