Yer kürəsinə təhlükəli asteroid yaxınlaşır

  • By admin
  • 17 Avqust 2021 10:25

Yer planetinə 2016 AJ193 asteroidi yaxınlaşır. 

Gununsesi.info xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.

Bildirilib ki,  2016 AJ193 təhlükəli asteroidlər qrupuna aiddir, ancaq hazırda planetimiz üçün təhlükə törətmir.

NASA mütəxəssislərinin hesablamalarına görə, 2016 AJ193 asteroidi avqustun 21-də Yer kürəsinə təxminən 3,4 milyon kilometr maksimal məsafədə yaxınlaşacaq. Asteroidin diametri təxminən 1,4 kilometrdir.

Alimlər onu da bildiriblər ki, Yer kürəsinə yaxınlaşan asteroidlərin bütöv qrupu mövcuddur. Bu qrupa yaxın gələcəkdə Yerə 7,5 milyon km və ya daha az məsafədə yaxınlaşa bilən asteroidlər daxildir. Həmin səma cisimləri potensial təhlükəli hesab olunurlar.