Yeraltı keçidlərdəki mağazalar bağlandı… - Fotolar

  • By Günel
  • 30 Avqust 2024 15:20

Xəbər verdiyimiz kimi bu gün “20 Yanvar” metro stansiyası və “Cəfər Cabbarlı” keçidindəki mağazalar bağlanıb.

Qeyd edək ki, mağazaların bağlanmasına etiraz olaraq orada çalışan yüzlərlə sahibkarlar şikayət ediblər. Sahibkarların bildirdiyinə görə, qərar dünən axşam saatlarında verilib. Bildirilib ki, mağazaların hansı səbəbdən bağlanması bəlli deyil. Onların sözlərinə görə, uzun illərdir ki, ailələlərini dolandırmaq üçün, məhz buradan çörəkpulu qazanıblar. Başqa yerdə çalışmaq imkanları isə yoxdur.

Məsələ ilə bağlı Gununsesi.info -nun əməkdaşı Bakı Şəhər İcra Hakimiyyəti və “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti ilə əlaqə saxlayıb. Lakin Başı Şəhər İcra Hakimiyyəti bu barədə sualı cavablandırmaqdan imtina edib.

“Bakı Metropoliteni” QSC -nin Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Gununsesi.info -ya bildirib ki, keçidlərdəki bağlanan mağazaların onlara hər hansı bir formada tabeliyi yoxdur:

“Ümumiyyətlə, həmin ərazilərdə istənilən fəaliyyətin təşkili ilə bağlı metropoliten hər hansısa bir formada səlahiyyətə də malik deyil. Bu səbəbdən, orada mağazalar olubmu, fəaliyyət göstəribmi, nə səbəbdən fəaliyyət göstərib? Bu barədə bizdə hər hansısa bir bilgi yoxdur. Ümumiyyətlə, oradakı münasibətlərin necə tənzimlənməsi və digər hər hansı bir məsəslənin “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinə aidiyyəti yoxdur”.

Mağazaların bağlanmasının səbəbləri barədə digər qurumlar də hələlik açıqlama yaymayıb.

Sözügedən ərazinin əvvəl və sonrakı görüntülərini təqdim edirik: 





 

Günel Həsənova

Gununsesi.info