Yeraltı piyada keçidinə dolan su boşaldıldı  - FOTOLAR /VİDEO

  • By admin
  • 11 Dekabr 2022 14:56

Bakıda yeraltı piyada keçidinə dolan su boşaldılıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Şıxəli Qurbanov küçəsində (“Qış parkı” ərazisində) yeraltı piyada keçidinə su dolması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlər tərəfindən subasmaya məruz qalmış keçiddən suyun çəkilərək kənarlaşdırılması işləri həyata keçirilib.